Tevan Poqosyan: 2017 Ermənistan üçün uğursuz il oldu » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət

Tevan Poqosyan: 2017 Ermənistan üçün uğursuz il oldu

Tevan Poqosyan: 2017 Ermənistan üçün uğursuz il oldu

Yerevan Beynəlxalq İnsan İnkişafı Mərkəzinin sədri Tevan Poqosyan ötən ilə yekun vuraraq bildirib ki, o, Ermənistan üçün uğursuz alındı.

Virtualaz.org bildirir ki, bu barədə erməni KİV-i məlumat yayıb.

"Əgər biz nə istədiyimizi və nəyə nail olduğumuzu qiymətləndirmək istəsək, onda bütün problemlərə uğursuzluq müstəvisində baxmaq olar. Biz Qarabağda tərəfimizdən arzu olunan həll qərarına nail olduqmu? Xeyr. "Ermənilərin soyqırımı" dünyanın bütün ölkələri, xüsusən də Türkiyə tərəfindən qınanıldımı? Xeyr. Ermənistan başqa istiqamətlər üzrə ən yaxşı partnyor və qlobal oyunçu oldumu? Xeyr", - deyə tert.am Poqosyandan sitat gətirib.

Tevan Poqosyan yeganə əhəmiyyətli müvəffəqiyyət kimi Ermənistan-Avropa Birliyi sazişin imzalanmasını göstərib, bununla belə qeyd edib ki, bu addımı son məqsədin nailiyyəti adlandırmaq primitivlik olardı.

"Nəyin altında imza atırsansa, ona həyat verməlisən. 2018-ci il Ermənistanda effektiv diplomatiyanın həyata keçirilməsi ili olmalıdır ki, Avropa Birliyinin bütün üzv ölkələri müqaviləni təsdiqləsin və biz onlarla birlikdə onun reallaşdırılmasına başlayaq. Daxildə isə əsas vəzifə keyfiyyətli islahatların reallaşdırılması olmalıdır", - deyə Tevan Poqosyan vurğulayıb.

Mərkəzin başçısı Ermənistan-İran münasibətlərində də böyük irəliləyiş görmür: "İlin əvvəlində biz şad idik, amma nəticələr hələ görünmür. Əlbəttə, biz azad iqtisadi zona yaratdıq, amma nəticələri bir il sonra qiymətləndirmək mümkün olacaq".

Keçmiş deputat, həmçinin Qarabağ məsələsində böyük gözləntilərə bel bağlamır, çünki başlayan il, onun sözlərinə görə, seçkilər ilidir: "Mümkündür ki, aktiv görüşlər olsun, amma anlamaq lazımdır ki, seçkilər zamanı böyük ümidlərə bel bağlamaq lazım deyil. Bizə məlumdur ki, Rusiya Federasiyasında – seçkilərdir, Azərbaycanda – seçkilərdir, Ermənistanda baş nazirin seçkiləri keçiriləcək, hansılar ki, mövzulara və templərə təsir edəcək. Həqiqətdə isə mən inanmıram ki, bizdə irəliləyiş olacaq, əksinə müxtəlif situasiyalarda vəziyyətin kəskinləşməsinə hazır olmaq lazımdır. Bu mənada iş nəzakətlə aparılmalıdır və gözləntilər xarici aləmdə nələrin olacağına yox, Ermənistanın daxilində baş verəcək olaylara yönəldilməlidir. Bu da bizim maraqlarımızı iqtisadiyyatda, korrupsiya ilə mübarizədə nə qədər önə çəkməyə hazır olmağımızdan asılıdır. Ola bilsin ki, bu, həmin sahələrdə ev tapşırıqlarının icrası üçün ən münasib vaxtdır".

Tevan Poqosyan problemlər arasında, Yaxın Şərqdə baş verən hadisələri də qeyd edib: "Ermənistan bizim İraqda və Suriyadakı diasporamızı saxlaya bilmədi. Yerusəlimdəki hadisələrə xüsusi diqqət yetirmək lazımdır, çünki istənilən gərginlik Ermənistana da təsir edəcək və biz yatmamalıyıq".

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *