Rusiya yığması 2018 il Olimpiya Oyunlarından kənarlaşdırıldı » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Sosial

Rusiya yığması 2018 il Olimpiya Oyunlarından kənarlaşdırıldı

Rusiya yığması 2018 il Olimpiya Oyunlarından kənarlaşdırıldı

Rusiya yığması Cənubi Koreyanın Pxonçxan şəhərində 2018-ci ildə keçiriləcək Yay Olimpiya oyunlarında olimpiya bayrağı altında çıxış edəcək.

Virtualaz.org bildirir ki, Beynəlxalq Olimpiya Komitəsinin (BOK) rəsmi saytında yerləşdirilən relizdə belə deyilir.

Bu qərar BOK-un İcraiyyə Komitəsinin Lozannada keçirilən iclasında qəbul edilib. Oyunlarda "təmiz" Rusiya idmançıları iştirak edə biləcəklər. Yəni qan analizlərində dopinq tapılmayan idmançılar. Amma onlar Yay Olimpiya oyunlarında neytral bayraq altında çıxış edə biləcəklər.

İclas zamanı iki komissiya rəhbərinin hesabatı dinlənilib. Onlardan biri Olimpiada-2014-də iştirak etmiş rusiyalı idmançıların dopinq testlərinin təkrar yoxlanılması ilə məşğul olub. Bu komissiyanın fəaliyyəti nəticəsində Rusiya Soçi Olimpiadasında əldə etdiyi 33 medaldan 11-dən məhrum edilib və nəticədə, medal hesabında birinciliyi itirib.

İkinci komissiya isə Rusiya hakimiyyətinin dövlət antidopinq sisteminin işinə müdaxilə etməsini araşdırıb.

Məlumatda qeyd olunur ki, Rusiya bayrağı, ümumiyyətlə “Rusiya” yazısı daxil olmaqla, bu ölkəyə dair istənilən atributun nümayiş etdirilməsi, rusiyalı idmançılara dövlət himnini səsləndirmələri də qadağan olunub. Mərasimlərə gəlincə, orada Rusiyanın yox, Olimpiadanın himni səsləndiriləcək.

Bundan başqa, Beynəlxalq Olimpiya Komitəsi Rusiya Olimpiya Komitəsinin prezidenti Aleksandr Jukovu, sabiq idman naziri Vitaliy Mutkonu və onun müavini Yuri Naqornını beynəlxalq qurumun üzvlüyündən həmişəlik məhrum edib.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *