Saakaşvilinin sürücüsünü amansızcasına döydülər
Gürcüstanın keçmiş prezidenti, Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvili bildirib ki, noyabrın 19-na keçən gecə Odessada naməlum şəxslər onun sürücüsünü "amansızcasına döyüblər".
Virtualaz.org bildirir ki, bu baərədə M.Saakaşvili öz “feysbuk” səhifəsində yazıb.
Onun sözlərinə görə, bütün cangüdənləri və fəaliyyətini işıqlandıran jurnalistlər Gürcüstana deportasiya edildikdən sonra o, "yalnız sürücü Vladimirlə qalıb".
"Bu gecə iki naməlum şəxs onu evin yanında qarşılayıb və amansızcasına döyüb. Vladimir orada dayanmış iki maşını tanıyıb, hansılar ki, adətən bizim arxamızca gedirlər və o həmişə onları Ukrayna Təhlükəsizlik Xidmətinin maşını hesab edirdi, amma hücum etmiş həmin iki nəfər idmançı görkəmli olub və blokda açıq-aydın məhz onu gözləyiblər, — Saakaşvili yazıb.
M.Saakaşvilinin sözlərinə görə, sürücü xəstəxanaya yerləşdirilib. Ona ağır beyin silkələnməsi diaqnozu qoyublar.
Mənbə:> Virtualaz.org