Putin Sarkisyana üzərində iblisin əks etdirildiyi rəsm hədiyyə edib – YENİLƏNİB
Rusiya prezidenti Vladimir Putin ermənistanlı həmkarına 1995-ci ildə oğurlanmış və sonradan bərpa edilmiş, Mixail Vrubelin sulu boya ilə çəkdiyi “Tamara qəlbli mələk və İblis” rəsm əsərini hədiyyə edib.
Virtualaz.org xəbər verir ki, məlumatı RİA “Novosti” yayıb.
* * *22:09
Rusiya prezidenti Vladimir Putin özünün ermənistanlı həmkarı Serj Sarkisyanla birlikdə Tretyakov qalereyasını ziyarət edib.
Virtualaz.org RİA “Novosti”yə istinadən xəbər verir ki, iki ölkənin lideri rəssam Martiros Saryanın əsərlərindən ibarət sərgiyə tamaşa ediblər.
Mənbənin bildirdiyinə görə, sərgidə ümumilikdə 29 rəssamlıq əsəri nümayiş olunur.
Mənbə:> virtualaz.org