Türkiyənin müdafiə naziri Azərbaycana gələcək
Türkiyənin milli müdafiə naziri Nurəddin Canikli Azərbaycana gələcək.
AzNews.info-nun xəbərinə görə, bu barədə Trend-ə Türkiyə Müdafiə Nazirliyindən məlumat verilib.
Məlumatda bildirilir ki, N.Canikli oktyabrın 31-də Bakıda keçiriləcək Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 6-cı toplantısında iştirak edəcək.
Qeyd edək ki, Şuranın 5-ci toplantısı Bakıda ötən ilin martın 15-də keçirilib.
Mənbə:> Trend