Macarıstanın XİN rəhbəri Azərbaycana səfər edəcək
Macarıstanın xarici işlər və xarici ticarət naziri Peter Siyarto gələn həftə Azərbaycana səfərə gələcək.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Report-a Macarıstanın Azərbaycandakı səfirliyindən məlumat verilib.
Nazir iyunun 28-də Bakıda keçiriləcək iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının işində iştirak edəcək.
Nazirlə birgə Bakıya macarıstanlı iş adamlarından ibarət böyük nümayəndə heyəti də gələcək.
Xatırladaq ki, Azərbaycan tərəfindən Hökumətlərarası Komissiyanın həmsədri iqtisadiyyat naziri Şahin Mustafayevdir.
Mənbə:> Oxu.Az