Macarıstan Azərbaycana 200 milyon dollar kredit ayırdı » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

Macarıstan Azərbaycana 200 milyon dollar kredit ayırdı

Macarıstan Azərbaycana 200 milyon dollar kredit ayırdı


Azərbaycan Macarıstanın strateji tərəfdaşıdır.

AzNews.info “APA-Economics”ə istinadən xəbər verir ki, bunu Macarıstanın xarici işlər və ticarət naziri Piter Siyarto deyib.

“Biz iqtisadi-ticari əlaqələri genişləndirmək üçün bir sıra ciddi addımlar atmışıq. Macarıstanın “Eximbank”ı tərəfindən biznes əlaqələrinin inkşafı üçün 200 milyon dollar həcmində kredit xətti açılıb. Bu kredit xətti iqtisadiyyatın 5 sahəsi üzrə fəaliyət göstərən şirkətlərə təqdim olunacaq”, - deyə P. Siyarto bildirib.

Nazir qeyd edib ki, İKT, nəqliyyat, infrastruktur, kənd təsərrüfatı, sü təchizatı sahələrində əməkdaşlığı genişləndirək baxımından ölkələr arasında geniş imkanlar var.

P. Siyartonun sözlərinə görə, İran üzərindən sanksiyaların ardan qaldırılmasından sonra bu ölkədə biznes mühiti daha əlverişli olub. Nazir qeyd edib ki, Macarıstan və Azərbaycan şitkərləri İranda birgə müəssisə yarada bilərlər.

Mənbə: APA-Economics
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *