Ramil Usubovdan yeni təyinatlar
Daxili işlər naziri Ramil Usubov Biləsuvar rayonunun Polis Şöbəsinin xidmət üzrə rəis müavini, polkovnik-leytenant Mehman Abışovu vəzifəsindən azad edərək, Cəlilabad rayon Polis Şöbəsinin xidmət üzrə rəis müavini vəzifəsinə təyin olunması barədə əmr imzalayıb.
AzNews.info qaynarinfo.az-a istinadən xəbər verir ki, nazirin digər əmri ilə Biləsuvar rayonunun Səmədabad Polis Bölməsinin rəisi, polkovnik-leytenant Əjdər Hacıyev vəzifəsindən azad edilərək, Cəlilabad rayon Polis Şöbəsinin əməliyyat üzrə birinci müavini, M.Abışov isə ikinci müavin təyin edilib.
Əjdər Hacıyevin yerinə isə Neftçala Rayon polis şöbəsinin qərargah rəisi, polkovnik-leytenant Arif Salmanov gətirilib.
Mənbə:> Qaynarinfo.az