Rusiya ABŞ-ı təbrik etdi
Rusiya ABŞ-ı bu gün ölkədə qeyd edilən Müstəqillik günü münasibəti ilə təbrik edib.
Oxu.Az-ın məlumatına əsasən, bu barədə TASS-ın “Vaşinqtona təbrik teleqramı göndərilibmi?” sualına cavab olaraq Rusiyanın XİN rəhbəri Serqey Lavrov bildirib.
“Təbrik etmişik, təbrik etmişik”, – deyə nazir bildirib.
“Biz bütün diplomatik rəsmiyyətə riayət edirik”, - deyə öz növbəsində Rusiya XİN rəhbərinin müavini Serqey Ryabkov qeyd edib.
Qeyd edək ki, Milli bayram münasibətilə təbrik ünvanlamaq diplomatik ənənənin bir hissəsidir.
Mənbə:> Oxu.Az