Türkiyənin baş nazirinin müavini Keti Perri ilə bağlı tvit atdı
Amerikanın 32 yaşlı pop-ifaçısı Keti Perri “Twitter”dəki mikrobloqunda təqibçilərinin sayını 100 milyona çatdırıb.
Oxu.Az xəbər verir ki, bu nəticə "Twitter" tarixində ilk dəfədir qeydə alınır. Bildirək ki, müğənni bir müddət əvvəl canlı yayımda öz həyatından bəhs edən 96 saatlıq videoçəkiliş aparmışdı. Bu videonun onun təqibçilərinin sayının artmasında rol oynadığı irəli sürülür.
Nəzərə çatdıraq ki, Keti Perrinin təqibçilərinin sayının 100 milyona çatması siyasi dairələrdə belə reaksiyaya səbəb olub. Türkiyənin baş nazirinin müavini Mehmet Şimşək “Twitter” də “Təqibçilərimin çox olduğunu düşünürdüm, amma Keti Perrinin təqibçilərinin sayı 100 milyon nəfərə çatıb” deyə tvit atıb.
Mənbə:> Oxu.Az