Dünyada günün trendi olmuş tvit: #TurkiyeseninleAzerbaycan » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Sosial

Dünyada günün trendi olmuş tvit: #TurkiyeseninleAzerbaycan – FOTO

Dünyada günün trendi olmuş tvit: #TurkiyeseninleAzerbaycan


#TurkiyeseninleAzerbaycan (Türkiyə səninlədir, Azərbaycan) heşteqi "Twitter" mikrobloqunun birinci sıralarında yerləşib.

Bu gün ərzində bu heşteq altında Azərbaycana dəstək əlaməti olaraq 60 mindən çox məlumat yayılıb.

Demək olar ki, bütün Türkiyə qəzetləri Azərbaycanla bağlı məlumatları bu heşteq altında yayıblar.

Bundan başqa, bir sıra türk ictimai xadimləri "Twitter"-də bölüşdükləri məlumatlarda qeyd olunan heşteqi istifadə etməklə Azərbaycana dəstək göstərib.

Qeyd edək ki, aprelin 2-nə keçən gecə və gün ərzində bütün cəbhə boyu möqelərimiz və yaşayış məntəqələrimiz düşmən tərəfindən intensiv atəşə məruz qalıb. Bunun nəticəsində mülki əhali arasında ölən və yaralananlar var.

Döyüşlərdə ermənilərə məxsus 6 ədəd tank, 15-dək artilleriya qurğusu və möhkəmləndirilmiş mühəndis qurğuları məhv edilib, o cümlədən yüzdən çox hərbi qulluqçusu ölüb və yaralanıb.

Düşmənlə döyüşlərdə Silahlı Qüvvələrimizin 12 hərbi qulluqçusu şəhid olub. Erməni mövqelərinə aviasiya zərbələri zamanı əməliyyata cəlb olunan 1 ədəd Mi-24 helikopteri düşmən tərəfindən vurulub və 1 ədəd tank mina partlayışı zamanı sıradan çıxıb.

Dünyada günün trendi olmuş tvit: #TurkiyeseninleAzerbaycan

Mənbə: Trend
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *