Ermənilərdən növbəti Qarabağ döyüşü etirafı » AzNews.info -Xəbər portalı

Ermənilərdən növbəti Qarabağ döyüşü etirafı

Ermənilərdən növbəti Qarabağ döyüşü etirafı


Ermənistan tərəfi daha üç ağır yaralı hərbçisinin İrəvana aparıldığı barədə məlumat yayıb. ANS PRESS-in məlumatına görə, ermənilərin news.am saytı xəbər verir ki, ağır vəziyyətdə olan 3 hərbçi İrəvan Mərkəzi kliniki hospitala aparılıb. Bu barədə hospitalın rəhbəri Aram Asaturyan məlumat verib.


ANS-in xüsusi müxbiri cəbhədən xəbər verir- Ermənistan kütləvi informasiya vasitələri də erməni tərəfinin itkilərinin çox olduğunu təsdiq edir. Belə ki, məlumatlara əsasən Xankəndi xəstəxanaları artıq yaralılarla dolduğundan, onlari İrəvan xəstəxanalarına aparırlar.

Yayılan məlumatlara əsasən bu gün gün ərzində Dağlıq Qarabağdan helikoprterlərlə çoxlu sayda yaralı İrəvanın Erebuni tibb mərkəzinə çatdırılıb.

17:23 / Ermənilər itkilərini etiraf etməyə başladı

Ermənistan Müdafiə Nazirliyi cəbhədə gedən ağır döyüşlər zamanı yaralanan erməni hərbçilərinin vəziyyətinin ağır olduğu barədə məlumat yayıb.

ANS PRESS-in məlumatına görə, nazirliyin məlumatında qeyd olunur ki, hospitala yerləşdirilən Tsovinar Aqadjanyan (1961), Qaqaerin Aqadjanyan (1973), Zaven Avanesyan (1985) və Ayk Torosyanın (1997) vəziyyəti ağırdır.

Aprelin 2-nə keçən gecə və gün ərzində bütün cəbhə boyu mövqelərimiz və yaşayış məntəqələrimiz düşmən tərəfindən intensiv atəşə məruz qalıb.

Bunun nəticəsində mülki əhali arasında ölən və yaralananlar var.
Bu təxribatın qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə Silahlı Qüvvələrimizin komandanlığı tərəfindən Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətində cavab tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilib.

Qısa müddətdə həyata keçirilən sürətli əks-həmlə zamanı erməni birləşmələrinin uzun illərdən bəri mühəndis-istehkam baxımından möhkəmləndirdiyi birinci müdafiə xətti cəbhənin bəzi istiqamətlərində yarılıb, strateji əhəmiyyətə malik bir neçə yüksəklik və yaşayış məntəqələri düşməndən tam azad olunub.
Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklər, eləcə də Seysulan məntəqəsi düşmən qüvvələrindən tam təmizlənib.

Horadiz şəhərinin düşmən təhlükəsindən qorunması məqsədilə Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli "Lələ təpə" adlandırılan yüksəklik də bölmələrimizin nəzarətinə keçib.

Hazırda həmin yüksəkliklər və yeni müdafiə xətti boyu müvafiq gücləndirmə tədbirləri həyata keçirilir, yeni səngərlər qazılır və mövqelərdə möhkəmləndirmə işləri aparılır.

Döyüşlərdə ermənilərə məxsus 6 ədəd tank, 15-dək artilleriya qurğusu və möhkəmləndirilmiş mühəndis qurğuları məhv edilib, o cümlədən yüzdən çox hərbi qulluqçusu ölüb və yaralanıb.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *