Ən müasir müharibə başlayır » AzNews.info -Xəbər portalı

Ən müasir müharibə başlayır

Ən müasir müharibə başlayır


ABŞ xüsusi xidmət orqanları hesab edir ki, Rusiyadan gələn kiberhücum təhlükəsini düşünüldüyündən daha ciddi ölçülərdədir.

ANS PRESS-in məlumatına görə, bu barədə Milli Kəşfiyyatın rəhbəri Ceyms Klapper deyib.

Klapperin sözlərinə görə, Rusiya Müdafiə Nazirliyi təbliğatı idarə edəcək və düşmənin kompüter sistemlərini ziyanlı proqramlara yoluxdura biləcək bölmələr formalaşdırır.

"Çin də ciddi təhlükədir. Öz növbəsində İran və Şimali Koreya kimi ölkələr daha az texniki imkanlara, lakin, güman ki, daha dağıdıcı niyyətlərə malikdir" deyə Klapper Senatın silahlı qüvvələr üzrə komitəsinə bildirib.

Klapper qeyd edib ki, ABŞ hökuməti illərlə maliyyə institutlarının işini pozmağa, elektrik stansiyasını söndürməyə qadir olan mümkün "kiberarmageddon" barədə xəbərdarlıq edirdisə hazırda xüsusi xidmət orqanları əsasən diqqətini xırda və orta səviyyəli hücumlara istiqamətləndirib.

Zaman keçdikcə kiçik hücumların yaratdığı kumulyativ, iqtisadi effekt, iqtisadiyyat və milli təhlükəsizlikdə özünü daha çox hiss etdirəcək- deyə Klapper qeyd edib.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *