Böyük Britaniyanın Azərbaycandakı səfirliyində dövlət bayrağı endirilib
Mançesterdə stadionda baş verən terror aktı ilə əlaqədar Böyük Britaniyanın Azərbaycandakı səfirliyində Britaniyanın dövlət bayrağı endirilib.
Oxu.Az-a Böyük Britaniya səfirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Mançesterdə baş verən terror aktının qurbanları üçün xatirə kitabı açıq olacaq. Xatirə kitabı may ayının 24-ü və 25-də saat 10.00-dan 12.00-a və 14.00-dan 16.00-a qədər açıq olacaq.
Qeyd edək ki, mayın 22-də “Mançester arena”da konsert zamanı partlayış baş verib. Hadisə nəticəsində 22 nəfər ölüb, 59 nəfər isə yaralanıb.
Mənbə:> Oxu.Az