Belçika səfirliyində xatirə kitabı açıldı
Belçikanın Azərbaycandakı səfirliyində paytaxt Brüsseldə baş verən terror aktları ilə əlaqədar xatirə kitabı açılıb.
ATV.az-ın məlumatına görə, səfirlikdə terror aktı qurbanlarının xatirəsinə şamlar yandırılıb. Həmçinin Belçikada elan olunan matəm günü ilə əlaqədar Belçikanın səfirlyin qarşısındakı bayrağı yarıya qədər endirilib. Səfirliyə gün ərzində gələnlər xatirə kitabına ürək sözlərini yazır, terror qurbanlarının ailəlrinə və Belçika xalqına dəstəyini ifadə edir.
Belçikanın Azərbaycandakı səfiri Karen Petit “ATV Xəbər”ə müsahibəsində bütün dünyada Belçika xalqına göstərilən diqqətdən və terror aktları ilə bağlı son vəziyyətdən bəhs edib: “Belçika xalqına göstərilən bu dəstəyə görə, dərin təşkkürümü bildirirəm. Belçika hökuməti araşdırmaları davam etdirir. Belçika Xarici İşlər Nazirlyinin Krizis Mərkəzinin verdiyi məlumata görə, “Zaventem” hava limanında 21, metro stansiyasında isə 20 nəfər dünyasını dəyişib. Yaralalan şəxslərlə bağlı biz həmin adamların mənsub olduğu ölkələrion səfirlikləri ilə mütəmadi əlaqə saxlayırıq. Baş verənlərlə bağlı Belçika hökuməti dünya ictimaiyyətini məlumatlandırmaqda davam edəcək”.
Mənbə:> ATV.az