Azərbaycanlıların İsveç Parlamentindən tələbi » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Qarabağ

Azərbaycanlıların İsveç Parlamentindən tələbi

Azərbaycanlıların İsveç Parlamentindən tələbi


Azərbaycan Federasiyası-İsveç Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar burada yaşayan soydaşlarımız adından İsveç Parlamentinə Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətini pisləyən müraciət ünvanlayıb.

ANS PRESS-in məlumatına görə,müraciətdə 1992-ci il fevralın 25-dən 26-na keçən geçə 366-cı alayın dəstəyi ilə Ermənistan hərbi hissələrinin dinc Xocalı əhalisinə qarşı törətdiyi vəhşilik qeyd olunub.

Hücum zamanı ümumilikdə 613 günahsız insanın qətlə yetirildiyi, onlardan 106 nəfərin qadın, 70 nəfərin yaşlı və qoca, 63 nəfərin isə uşaq olduğu, həmçinin 150 şəxsin aqibəti haqqında hələ də heç bir məlumat əldə edilməməsi, 1275 şəxsin isə girov götürüldüyü qeyd olunub.

Müraciətdə Xocalı soyqırımdan 23 il keçməsinə baxmayaraq bu illər ərzində İsveç dövlətində və cəmiyyətində bu haqda məsələ qaldırılmadığı, İsveç hökumətinin bu soyqırıma dair mövqe bildirmədiyi vurğulanıb.

Sənəddə həmçinin Azərbaycan Federasiyası-İsveç Parlamentə müraciət edərək 1992-ci il 26 fevral tarixində baş verən qətliamın azərbaycanlılara qarşı törədilmiş soyqırımı kimi tanınmasını, həmçinin Azərbaycanın bir milyon qaçqın və köçkünün öz evlərinə qayıtması üçün Ermənistana qarşı sanksiyalar qəbul edilməsi tələb olunub.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *