Qüdrət Həsənquliyev “deputatların etik davranışı haqqında qanun”a etiraz etdi
Milli Məclisin deputatı Qüdrət Həsənquliyev “Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” qanun layihəsinə etiraz edib.
O, deputatın mandatdan çox asanlıqla məhrum edilməsinə imkan yaradan müddəalara qarşı çıxaraq, sənədi hazırlayan həmkarlarını qınayıb.
AzNews.info “Modern.az”-a istinadən xəbər verir ki, Q.Həsənquliyev deputatlar bu qanunun qəbul edilməsinə səs verəcəklərmi sualına isə belə cavab verib:
“Sözün doğrusu, mən deputatlardan daha çox Prezidentə güvənmək istəyərdim. Ona görə ki, son vaxtlar çoxlu Konstitusiyaya zidd qanunlar qəbul edirik.
Ümid etmək istərdim ki, Milli Məclis qəbul etsə də, ölkənin imicinə ciddi zərbə vuracaq bu qanunu Prezident imzalamayacaq”.
Mənbə:> Modern.az