Fiyon qələbə çaldığı təqdirdə baş nazir kim olacaq?
Fransa prezidentliyinə namizəd, sabiq baş nazir Fransua Fiyon bildirib ki, seçki qərargahının nümayəndəsi Fransua Baruen onun administrasiyasında baş nazir vəzifəsini tuta bilər.
Oxu.Az bu barədə RİA Novosti-yə istinadən xəbər verir.
“Baruen mən böyük dəstək verir, o, mümkün baş nazirlərdən biridir”, - Fiyon bunu BFMTV-in canlı efirində deyib.
Mart ayında Fiyon seçki qərargahının yeni tərkibini elan edib, bura sabiq prezident Nikolya Sarkozinin məşhur tərəfdaşları da daxil olub. Onlardan biri Fransua Baruendir, o, müxtəlif illərdə iqtisadiyyat naziri, büdcə naziri və DİN rəhbəri olub. Fiyonun komandasında Baruen “siyasi birliyə” cavabdeh olacaq. Təmkinli siyasətçi və fransız şəhərlərinin başçıları assosiasiyasının rəhbəri, Baruen Fiyona respublikaçıların qalmaqalı fonunda ondan imtina edən mərkəzçilərin etimadını qaytara bilər.
Fransada prezident seçkiləri aprel ayının 23-də və may ayının 7-də iki mərhələdə keçiriləcək.
Mənbə:> Oxu.Az