Radikallar Fransada qalib gəldi
Fransada 13 bölgənin rəhbərliyinin təyin edildiyi regional seçkilərin ilk turu keçirilib.
Axar.az xəbər verir ki, qeyri-rəsmi nəticələrə görə, Marin Le Penin liderlik etdiyi Milli Cəbhə Partiyası 29,5 % səs qazanıb. Sabiq prezident Nikola Sarkozinin liderlik etdiyi Respublikaçılar səslərin 27 faizini, Prezident Fransua Olland və Baş nazir Manuel Vallsın iqtidardakı Sosialist Partiyası səslərin 23 faizini əldə edib.
İlk turda ölkə daxilində seçici aktivliyi 2010-cu il ilə müqayisədə artıb. İlkin hesablamalara görə, qeydiyyatda olan seçicilərin 49 faizi seçkilərdə iştirak etməyib.
Seçkilərdə 21,500 namizəd regional rəhbərliklərdə iştirak etmək üçün mübarizəyə qoşulub.
Ölkədə 2017-ci ildə keçiriləcək prezident seçkilərində böyük rol oynayan bu seçkilərdə 13 bölgənin rəhbər heyəti müəyyənləşəcək.
Seçkilərin ikinci turu 13 dekabrda baş tutacaq.
Mənbə:> Axar.az