Nazir: Saakaşvili Gürcüstana qayıtsa, həbs olunacaq

"Mixeil Saakaşvili Gürcüstan sərhədini keçən kimi, o, həbs olunacaq", - deyə nazir bildirib.
AzNews.info APA-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstanın ədliyyə naziri Teya Tsulukiani deyib.
M. Saakaşvili dövlət büdcəsindən 5 mln. dollar məbləğində vəsaiti şəxsi məqsədləri üçün istifadə etməkdə şübhəli bilinir.
Cari ilin may ayında sabiq prezident bildirib ki, Gürcüstana qayıdacaq və aktiv şəkildə siyasi proseslərə qoşulacaq.
Mənbə: APA