Aleksandr Lukaşenko:”Lapşin başımıza bəla olub”
Belorussiya prezidenti Aleksandr Lukaşenko bəyan edib ki, Minsk nə Azərbaycanla nə də Ermənistanla mübahisə etmək niyyətində deyil.
Bu barədə Belorussiya prezidenti Ermənistan səfiri Armen Xaçaturyanla görüşü zamanı bloger Aleksandr Lapşinin ekstradisiyası ilə bağlı sualları cavablandırarkən bildirib.
"Yadda saxlayın, Lapşın. Qulaq asın, Ermənistanın buna nə aidiyyəti var? Bəli, Ermənistan Lapşın haqqında mənə heç vaxt heç nə deməyib. Azərbaycan tərəfindən axtarış elan edilib. Onu burada saxlayanda düşündüm ki, niyə burada saxlayıblar? Qoy istədiyi yerə çıxıb getsin. Açıq desək, öz başıma başıma problem açdım.
İnterpol bilirdi. Biz qanuni şəkildə məlumat vermişdik. Biz onu kimə təhvil verməliydik? Barəsində axtarış elan olunan tərəfə. Onu da deyim ki, heç kəs onu aparmaq istəmirdi. O, üç ölkənin vətəndaşıdır. Bu ölkələrin heç biri onunla bağlı iddia qaldırmadı”— Lukaşenko qeyd edib.
Mənbə:> Virtualaz.org