Lukaşenko Lapşini Azərbaycana təhvil verir – VİDEO
“Belarusun ötən ilin dekabr ayında Minskdə tutulmuş, Azərbaycanın sorğusu üzrə axtarılan şəxslərin beynəlxalq bazasına daxil edilmiş bloger Aleksandr Lapşini Azərbaycana təhvil verməməyə əsası yoxdur”, - Belarus prezidenti Aleksandr Lukaşenko belə deyib.
Dövlət başçısının sözlərinə görə, Lapşin İnterpolun qərarı əsasında saxlanılıb.
“Bizim onu verməmək üçün hansı əsasımız var? Heç bir. Bütün qanun və qaydalara əsasən onu Azərbaycana təhvil verməliyik. Əlbəttə, biz onu buraxa da bilərik. Amma bu, düzgün olmayacaq. Bütün razılılaşmalara əsasən biz onu Azərbaycana təhvil verməliyik”, - Lukaşenko bildirib.
“Əgər İsrail, Azərbaycan və Rusiya razılığa gəlsələr, onların razılığa gəldikləri kimi edəcəyik”, - Belarus prezidenti spözlərinə əlavə edib.
Virtualaz.org TASS agentliyinə istinadən xəbər verir ki, Lukaşenko jurnalistlərdən bu mövzunu “qurdalamamağı” xahiş edib.
Mənbə:> Virtualaz.org