BMT baş katibi Qarabağ münaqişəsini müzakirə edib
“ATƏT-in Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsini təşviq edirlər”.
AzNews.info “Report”-a istinadən xəbər verir ki, bunu BMT-nin baş katibi Antonio Quttereş martın 17-də Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla görüşdə vurğulayıb.
Tərəflər dünyadakı münaqişə bölgələrindəki vəziyyəti də müzakirə ediblər.
Mənbə:> Report