Türkiyənin xüsusi “Aslan” qrupu Hollandiyaya qarşı əməliyyatlara başladı
Hollandiyada Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və ailə və sosial siyasətlər naziri Fatma Betül Sayan Qayaya qarşı törədilən maneələrə reaksiyası olaraq “Aslan adamlar dəstə”si adlı haker qrupu Rotterdam Hava Yollarının saytını dağıdıb.
AzNews.info publika.az-a istinadən bildirir ki, haker qrupu, açıqlamasında bunları yazıb: “Bir halda ki, nazirimizi bura enməyə qoymadız, o zaman Rotterdamdan da kimsə uçmasın”.
Mənbə:> Publika.az