Hollandiya polisi türk etirazçılara qarşı güc tətbiq edib » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Dünya, Foto

Hollandiya polisi türk etirazçılara qarşı güc tətbiq edib – FOTO

Hollandiya polisi türk etirazçılara qarşı güc tətbiq edib


Hollandiya polisi türkiyəli nazirin avtomobilinin saxlanılmasına qarşı çıxan türk etirazçılarını dağıtmaq üçün gücdən istifadə edib.

AzNews.info APA-ya istinadən xəbər verir ki, polis əməkdaşları etirazçılara qarşı dəyənəklərdən istifadə ediblər.

İnsident zamanı bəzi etirazçıların xəsarət aldığı bildirilir. Ərazidən uzaqlaşdırılan etirazçılar əllərində plakatlar qaldıraraq etirazlarını davam etdirirlər.

Qeyd edək ki, Türkiyənin ailə və sosial siyasət naziri Fatma Betül Kayanın avtomobili Rotterdamdakı Baş Konsulluğa yollanarkən Niderland polisi tərəfindən saxlanılıb.

Baş konsul Sadin Ayyıldızın sözlərinə görə, nazir Fatma Betül Kayanın avtomobili konsulluq binasına az qalmış Niderland polisi tərəfindən saxlanılaraq, irəliləməsinə imkan verilməyib. Sadin Ayyıldız özünün də nazirin yanına buraxılmadığını qeyd edib.

Baş konsul konsulluğu tərk etməsinə icazə verilmədiyini bildirib.

Bundan əlavə, nazirin səfərini işıqlandırmaq üçün Rotterdama səfər edən “Anadolu” və TRT-nin jurnalistləri polis tərəfindən saxlanılaraq sənədləri yoxlanılıb.

Türkiyənin Rotterdamdakı Baş Konsulluğuna giriş-çıxışının Niderland polisi tərəfindən nəzarətə götürüldüyü qeyd olunur.

Hollandiya hökuməti Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun təyyarəsinin enişinə icazəni ləğv etdikdən sonra Türkiyənin ailə və sosial siyasət naziri Fatma Betül Kaya Niderlanda yerüstü nəqliyyat vasitəsi ilə səfər edəcəyini bəyan etmişdi.

Xəbər verildiyi kimi, ötən gün Hollandiya hökuməti Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun təyyarəsinin ölkəyə enişinə icazəni ləğv edib. Hollandiya hökuməti qərarını “ictimai asayiş və təhlükəsizliyə təhdid”lə əlaqələndirib.

Prezident Rəcəb Tayyib Ərdoğan və baş nazir Binəli Yıldırım Hollandiya hökumətinin bu qərarını sərt tənqid edib.

İnsidentdən sonra Niderlandın Ankaradakı müvəqqəti işlər müvəkkili Türkiyə XİN-ə çağırılıb. Nazirliyin bəyanatında Türkiyə XİN rəhbərinin Niderlanda səfərinin ləğv edilməsi biabırçı və qəbuledilməz addım adlandırılıb, bu qərarın Avropanın demokratiya dəyərlərinə və ikitərəfli münasibətlərə ciddi ziyan vuracağı qeyd olunub.

Çavuşoğlu Rotterdamda Hollandiyada yaşayan Türkiyə vətəndaşları qarşısında çıxış edərək, onları Türkiyə konstitusiyasına dəyişiklikləri dəstəkləməyə çağırmağı planlaşdırırdı.

Hollandiya polisi türk etirazçılara qarşı güc tətbiq edib
Hollandiya polisi türk etirazçılara qarşı güc tətbiq edib
Hollandiya polisi türk etirazçılara qarşı güc tətbiq edib

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *