Yəməndə bazar bombalandı: Ölənlər var
Cümə günü Yəməndə ərəb koalisiyası tərəfindən bazara endirilən aviazərbələr nəticəsində ölənlərin sayı 22 nəfərə çatıb, onlarla insan yaralanıb.
AzNews.info Report-a istinadən xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat yayıb.
Bundan əvvəl 16 nəfərin öldüyü, daha 10 nəfərin yaralandığı bildirilirdi.
Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya husilərin nəzarəti altında olan Hodeyda şəhərinin bazarına havadan zərbə endirib. Nəticədə yanğın baş verib. Ölənlərin hamısı dinc sakinlər olub, onların heç birində silah olmayıb.
Mənbə:> Report