Yəməndə güclü partlayış, ölənlər var
Yəmənin Ədən şəhərində baş vermiş partlayışda ölənlərin sayı ilə bağlı ziddiyyətli məlumatlar daxil olub.
Oxu.Az Röyters agentliyinə istinadən xəbər verir ki, “Sərhədsiz həkimlər”in yaydığı məlumata əsasən, ölənlərin sayı 45, yaralıların isə sayı 60 nəfərə çatıb.
Al Arabiya telekanalı isə polisə istinadən xəbər verir ki, ölənlərin sayı 50 nəfərə çatıb.
Təhlükəsizlik xidmətinin əməkdaşı hücumu törədənlərin partlayıcı qurğu yerləşdirilmiş avtomobili Yəmən ordusu üçün yeni əsgərlərin cəlb edildiyi düşərgəyə istiqamətləndirdiyini təsdiqləyib. Onun sözlərinə görə, ölənlərin sayı arta bilər.
Mənbə:> Oxu.Az