İŞİD liderinin yaxın qohumu tutulub » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Hərbi, Kriminal

İŞİD liderinin yaxın qohumu tutulub

İŞİD liderinin yaxın qohumu tutulub


Qərbi Mosulda İŞİD terror qruplaşmasının lideri Əbu Bəkr Əl-Bağdadinin əmisi oğlu saxlanlıb.

AzNews.info-nun APA-ya istinadla xəbərinə görə, bu barədə “Al Sumaria” telekanalı məlumat verib.

Onun adı açıqlanmasa da Mosulun Əl-Cusak rayonunda yaxalandığı bildirilir. Adıçəkilən ərazi bir müddət əvvəl terrorçulardan təmizlənib.

İraqın Mosul şəhəri 2014-cü il, iyunun 10-da İŞİD silahlıları tərəfindən ələ keçirilib. Fevralın 19-a Mosul şəhərinin qərbinin İŞİD terrorçularından azad edilməsi əməliyyatı başlayıb. Şərqi Mosul ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın dəstəyi ilə keçən ilin oktyabrında başlayan əməliyyat nəticəsində terrorçulardan azad edilib. Mosulun azad edilməsi əməliyyatı 17 oktyabr 2016-cı ildə başlayıb.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *