Böyük savaş başladı: Hədəfləri ilk olaraq ABŞ vurdu – Türkiyə dediyini etdi
İraqın Mosul şəhərinin İŞİD terrorçularından azad oluması uğrunda əməliyyat başlayıb.
Missiya.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə İraqın yerli kanalları məlumat yayıb.
Xəbərə görə, ilk atəşi ABŞ hərbçiləri açıb. Hərbçilər ağır toplarla Mosulun İŞİD-in nəzarətində olan ərazilərini bombalayıblar.
Mosulun şəhər mərkəzinə 20 kilometr uzaqlıqda yerləşən Başıka cəbhəsindəki peşmərgə dəstələrinin komandiri Ömər Hüseyn ABŞ əsgərlərinin İŞİD mövqelərini vurduğunu tədiqləyib.
İraqın Mosul şəhəri
Əməliyyatların başladığı bölgədə "Ninova gözətçiləri” qrupuna təlim keçən türk əsgərləri də var. İlkin mərhələdə olmasa da, sonra onların da əməliyyatlarda iştirak edəcəkləri bildirilir.
Türkiyə hökumətindən verilən açıqlamaya görə, əməliyyatlarda şiə silahlıları iştirak etməyəcək. Məlumata görə, Türkiyənin ABŞ-a “məshəb müharibəsi ola bilər” xəbərdarlığından sonra Vaşinqton geri addım atıb.
Bundan əvvəl İraq hökuməti şiə qrupların da əməliyyatlarda iştirak etməsini tələb edirdi. Həmçinin İraq və ABŞ Türkiyə ordusunun Mosul əməliyyatında iştirakını birmənalı qarşılamırdı. Amma Türkiyənin qətiyyətli mövqeyi nəticəsində ABŞ və İraq geri çəkilmək məcburiyyətində qaldı.
Mənbə:> Missiya.az