İŞİD-in komandirləri öldürüldü
Koalisiya qüvvələri İraqın Ramadi şəhərindən 23 km şərqdə yerləşən İŞİD-in qərargahını bombalayıb.
Axar.az xəbər verir ki, İraq ordusunun rəsmisi Vəlid Delimi bombardman nəticəsində İŞİD terror təşkilatının Fəlluca qəsəbəsinin komandiri Mahir Beylavinin öldürüldüyünü açıqlayıb.
Sözügedən əməliyyat zamanı təşkilatın adı açıqlanmayan digər yüksək vəzifəli şəxsləri də öldürülüb.
“Beylavi Fəlluca başda olmaqla, Ənbar vilayətində İraq ordusuna qarşı əməliyyatlarda terrorçulara rəhbərlik edirdi”, - Vəlid Delimi bildirib.
Digər tərəfdən, İŞİD-in nəzarətində olan Mosuldan qaçan 350 nəfər peşmərgə qüvvələrinə sığınıb.
Mənbə:> Axar.az