Gürcüstan prezidentinin səlahiyyətləri azaldılır » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Hərbi

Gürcüstan prezidentinin səlahiyyətləri azaldılır

Gürcüstan prezidentinin səlahiyyətləri azaldılır


Fövqəladə hallar və hərbi vəziyyət zamanı Gürcüstan Silahlı Qüvvələri prezidentin deyil, baş nazirin əmri ilə hərəkət edəcək.

AzNews.info xəbər verir ki, Report-un Gürcüstan bürosunun məlumatına görə, hakim “Gürcü arzusu- demokratik Gürcüstan” partiyası belə bir təşəbbüslə çıxış edərək hazırladığı yeni qanun layihəsini yeni konstitusiya komissiyasına təqdim edib.

Yeni layihəyə əsasən, Silahlı Qüvvələrin tərkibini hökumət təsdiq edəcək. Eyni zamanda, Silahlı Qüvvələrin sayının son həddi barədə qərarı da parlamentə hökumət təqdim edəcək.

Hakim partiyanın hazırladığı sənədə əsasən, prezident yanında Milli Təhlükəsizlik Şurasını da Müdafiə Şurası əvəz edəcək. Müdafiə Şurası daimi fəaliyyət göstərməyəcək. Şura yalnız hərbi təcavüz zamanı yaradılacaq.

Prezidentin Ali Baş Komandan kimi yalnız Baş Qərargah rəisinin istefasını qəbul etmək, yenisini təyin etmək, ali hərbi rütbələr vermək, hərbi və fövqəladə vəziyyət elan etmək səlahiyyəti qalacaq.

Mənbə: Report
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *