Düşmən itki verərək geri çəkilməyə məcbur edilib
Ermənistan silahlı qüvvələrinin cəbhə boyu təxribatları davam edir.
Ermənistan silahlı qüvvələrinin bölmələri bütün cəbhə boyu vəziyyəti gərginləşdirmək məqsədilə fəaliyyətini davam etdirir.
Oxu.Az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Ermənistan tərəfi Talış kəndi istiqamətində növbəti dəfə təxribat törətməyə cəhd edib. Ön xətdəki bölmələrimizin sayıqlığı nəticəsində düşmənin mövqelərimizə yaxınlaşmaq cəhdlərinin qarşısı qətiyyətlə alınıb.
Döyüş toqquşmasında qarşı tərəf itki verərək geri çəkilməyə məcbur edilib.
Silahlı Qüvvələrimizin şəxsi heyəti arasında itki yoxdur.
Mənbə:> Oxu.Az