Azərbaycan XİN müxalifət telekanalının Amerika fondları tərəfindən maliyyələşdirilməsi barədə » AzNews.info -Xəbər portalı

Azərbaycan XİN müxalifət telekanalının Amerika fondları tərəfindən maliyyələşdirilməsi barədə

Azərbaycan XİN müxalifət telekanalının Amerika fondları tərəfindən maliyyələşdirilməsi barədə

“Biz virtualaz.org-un radikal müxalifətin xarici QHT-lər tərəfindən maliyyələşdirilməsi kimi həssas məsələyə yanaşmasını alqışlayırıq və müsbət qiymətləndiririk. Azərbaycan XİN, o cümlədən Vaşinqtondakı səfirliyimiz Azərbaycana münasibətdə ABŞ-ın Beynəlxalq İnkişaf üzrə Agentliyinin (USAİD) fəaliyyətini diqqət mərkəzində saxlayır”, - bunu Azərbaycan XİN mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev virtualaz.org-un bazar ertəsi, yanvarın 30-da dərc etdiyi, müəllifi Eynulla Fətullayev olan “ABŞ Qənimət Zahidin partizan jurnalistikasına milyonlarla dollar ayırır! XİN nə deyəcək?” başlıqlı məqaləsində göstərilən faktlarla bağlı sorğusuna cavab olaraq bildirib.

Xatırladaq ki, həmin yazıda döyüşkən müxalifətin nümayəndəsi Qənimət Zahidin “Turan TV”sinin Amerikanın IREX və USAID kimi təşkilatları tərəfindən maliyyələşdirilməsindən danışılır.

XİN mətbuat xidmətinin rəhbəri onu da qeyd edib ki, bu məsələlərdən savayı, Azərbaycan tərəfi Amerika tərəfi ilə daim USAİD-in Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar fəaliyyətinə aid məsələləri müzakirə edir.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *