“Qanunsuz aksiyaların qarşısının alınması üçün bütün zəruri tədbirlər görülüb” — Ramil Usubov » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Sosial

“Qanunsuz aksiyaların qarşısının alınması üçün bütün zəruri tədbirlər görülüb” — Ramil Usubov

“Qanunsuz aksiyaların qarşısının alınması üçün bütün zəruri tədbirlər görülüb” — Ramil Usubov


“Beynəlxalq və respublika əhəmiyyətli çoxsaylı kütləvi tədbirlərdə, xüsusən “2016 Formula-1 üzrə Avropa Qran Pri” yarışlarında asayişin mühafizəsi daha da gücləndirilərək mümkün təxribat hallarının, o cümlədən qanunsuz aksiyaların qarşısının vaxtında alınması üçün bütün zəruri tədbirlər həyata keçirilib”

AzNews.info-nun “Report”a istinadən verdiyi xəbərə görə, bunu bu gün daxili işlər naziri, general-polkovnik Ramil Usubov Bakı Şəhər Baş Polis İdarəsində 2016-cı ilin yekunlarına həsr olunmuş geniş əməliyyat müşavirəsində deyib.

O bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən quruculuq işləri, uğurla davam etdirilən hüquq-mühafizə siyasəti, bütün bunlarla əlaqədar Nazirlik tərəfindən icraya yönəldilən əmr və göstərişlər hesabat dövründə paytaxt polisinin fəaliyyətinə də öz müsbət təsirini göstərib. Ötən il Bakı şəhəri, eləcə də ayrı-ayrı rayonlar üzrə əməliyyat şəraiti kompleks təhlil edilib, cinayətkarlığın dinamikasında əsas təmayüllərin, neqativ proseslərin və dəyişikliklərin öyrənilməsi əsasında qarşılıqlı əlaqələrin təkmilləşməsinə, əməliyyat-xidməti fəaliyyətin səmərəsinin artırılmasına dair təkliflər hazırlanaraq icraya yönəldilib.

Nazir 2016-cı ildə paytaxtın polis orqanlarının cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsindəki fəaliyyətini ümumən müsbət qiymətləndirib, konkret tapşırıq və tövsiyələrini verib.

Ramil Usubov Baş İdarənin və onun struktur qurumlarının rəislərindən əməliyyat-profilaktik işin səmərəliyinin artırılmasını, сinayətlərin qarşısının alınmasında, bağlı qalmış сinayətlərin açılmasında aşağı göstəriсiləri olan ərazi polis orqanlarına əməli köməklik göstərilməsini, istintaqın fəaliyyətinin hərtərəfli yaxşılaşdırılmasını, Bakı şəhəri üzrə qeydə alınmış cinayətlərin böyük əksəriyyətinin mülkiyyət əleyhinə olması baxımından gələcəkdə bu sahədə daha effektli tədbirlərin görülməsini, narkotik vasitələrin və psixotrop maddələrin, xüsusən onların güclü təsirə malik növlərinin qeyri-leqal dövriyyəsinə qarşı mübarizənin güсləndirilməsini, qanunsuz saxlanılan silahların əməliyyat yolu ilə yığılmasını tələb edib.

O da nəzərə çatdırılıb ki, fəaliyyətin təkmilləşdirilməsinə, analitik işin, idarəçilik və təşkilatçılıq fəaliyyətinin günün tələbləri səviyyəsinə yüksəldilməsinə, icra və xidməti intizamın daha da möhkəmləndirilməsinə yönəlmiş tədbirlər ciddi nəzarətdə saxlanılmalı və cari il ərzində də daha səmərəli şəkildə davam etdirilməlidir.

Xüsusi qeyd olunub ki, əməkdaşlar şərəfli polis adını, dövlətin və vətəndaşların mənafelərini daim uca tutmalı, etik davranış qaydalarına ciddi riayət etməli, hər birinin fəaliyyətində başlıca məqsəd vətəndaş məmnunluğunun təmin edilməsi olmalıdır.

Daxili işlər naziri əmin olduğunu bildirib ki, Bakı şəhər polis orqanlarının şəxsi heyəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qarşıya qoyulan bütün tapşırıqları, cinayətkarlıqla mübarizədə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmini sahəsində üzərinə düşən vəzifələri bundan sonra da layiqincə yerinə yetirəcək.

Mənbə: Report
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *