Putin İrəvanı iki yerə böldü
"Çiçəklənən Ermənistan" və Respublika partiyalarının liderləri ölkəni süni şəkildə qütbləşdirərək iki yerə bölüblər.
ANS PRESS-in məlumatına görə, bu sözləri “Milli Özünütəyinetmə” Birliyinin lideri Paruyr Ayrikyan deyib.
Onun sözlərinə görə, Ermənistanda müxalifət və iqtidar süni şəkildə qütbləşmə yaradıb.
"Onlar ölkəni qütblərə ona görə bölürlər ki, əhalini rahat şəkildə idarə edə bilsin. "Çiçəklənən Ermənistan" və Respublika partiyalarının liderlərini əsas məsələdən başqa hər şey maraqlanıdırır. Bunlar dövlətin möhkəmlənməsinə xidmət etmirlər. Hətta müxalifət liderləri arasında fikir ayrılıqları hökm sürür. Əhalinin rifahı üçün heç bir açıqlama vermirlər", - deyə Paruyr Ayrikyan bildirib.
Onun sözlərinə görə, Rusiya əmr verib ki, Serj Sarkisyan və Qaqik Tsarukyan bir-birlərinə qarşı dursunlar.
"Həm iqtidara, həm də müxalifətə yuxarıdan əmr gəlib ki, bir-birlərini "yesinlər". Kim qalib gəlsə, hakimiyyət onundur. Lakin bunlar bütün sərhədləri keçiblər", - deyə Ayrikyan bildirib.
Mənbə:> ANSPRESS