Türkiyə Nazirlər Kabineti vətəndaşlara çağırış etdi
Türkiyənin Nazirlər Kabineti sosial şəbəkə istifadəçilərinə çağırış edib.
“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, çağırışda bildirilir ki, terrora qarşı mübarizə aparılan bu günlərdə qurulmuş bütün xain tələlərə vətəndaşların düşməməyə çalışmalıdır.
Qeyd olunur ki, ölkənin və millətin mənafeyinə tərs paylaşımlar edənlər hüquqi baxımdan cəza alacaqlar.
Həmçinin, xalqı kin və düşmənçiliyə sövq edəcək paylaşmalar edənlərlə bağlı qanuni cəzalar tətbiq olunacaq.
Mənbə:> Qafqazinfo.az