Almaniya miqrantlara qarşı qaydaları sərtləşdirir
Almaniya kansleri Angela Merkel bəyan edib ki, Berlindəki terror aktından sonra ölkədə təhlükəsizlik tədbirləri gücləndiriləcək, miqrantlara qarşı qanunvericilik sərtləşdiriləcək.
Oxu.Az-ın xəbərinə görə, onun sözlərini BBC nəşri sitat gətirir.
“Xüsusi xidmət orqanları ilə yanaşı daxili işlər və ədliyyə nazirlərinə tapşırmışam ki, bu hadisə təfərrüatlarınadək araşdırılsın və nəticələr barədə mənə məlumat verilsin”, deyə A.Merkel bildirib.
Merkel qeyd edib ki, Almaniya qanunvericiliyə dəyişikliklərin edilməsi və təhlükəsizliyin gücləndirilməsi üçün bütün lazımı addımları atacaq.
Mənbə:> Oxu.Az