Səfiri öldürən şəxsin kimliyi bəlli oldu » AzNews.info -Xəbər portalı

Səfiri öldürən şəxsin kimliyi bəlli oldu – FOTO

Səfiri öldürən şəxsin kimliyi bəlli oldu


Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovu öldürən şəxsin kimliyi məlum olub.

“Qafqazinfo” xəbər verir ki, o, Ankarada polis işləyib. Bu barədə “Reuters”ə Türkiyə güc strukturlarındakı mənbə bildirib.

“Cnnturk”un məlumatına görə, sui-qəsdçi 1994-cü il təvəllüdlü, Aydın vilayətinin Söke rayonundan olan Mevlüt Mert Altıntaş Ankarada polis işləyirmiş. Ona bir həftə öncə səfir Andrey Karlovu qorumaq vəzifəsi tapşırıldığı iddia olunur.

Polis vəsiqəsini göstərərək Ankara Müasir Sənət Mərkəzinə daxil olan Altıntaş 2014-cü ildə “İzmir Rüştü Ünsal Polis Məktəbi”ni bitirib.

“Hurriyet” qəzetinin müxbiri Karlovu öldürən silahlının ərəb dilində qışqıraraq dediyi sözlərin “Əl-Nusra” terror qruplaşmasının himninin giriş qisminə aid olduğunu vurğulayıb.

Qeyd edək ki, hadisədən sonra xəstəxanaya yerləşdirilən A. Karlov dünyasını dəyişib. Silahlı şəxs isə polis özəl hərəkatı tərəfindən zərərsizləşdirilib.

Xatırladaq ki, A. Karlov 2013-cü ilin iyulunda Rusiyanın Türkiyədəki səfiri təyin olunmuşdu.

Səfiri öldürən şəxsin kimliyi bəlli oldu
Səfiri öldürən şəxsin kimliyi bəlli oldu
Səfiri öldürən şəxsin kimliyi bəlli oldu
Səfiri öldürən şəxsin kimliyi bəlli oldu

Mənbə: Qafqazinfo.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *