Rusiya səfirinin qatili hücumu “Hələbə görə qisas” adlandırıb
Ankarada müasir incəsənət mərkəzində Rusiya səfiri Andrey Karlovu qətlə yetirən şəxs hücumu “Hələbə görə qisas” adlandırıb.
AzNews.info APA-ya istinadən verdiyi xəbərə görə, cinayətkar sərgiyə polis vəsiqəsi ilə keçib.
Səfirin çıxışı zamanı onun yaxınlığında dayanan qatil qəflətən tapançanı çıxarıb və A.Karlova 8 dəfə atəş açıb. Sonra isə müxtəlif şüarlar səsləndirən şəxs hərəkətini “Hələbə görə qisas” adlandırıb.
Mənbə:> APA