Hizbullah İsraildən qisas alacaq » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Dünya

Hizbullah İsraildən qisas alacaq

Hizbullah İsraildən qisas alacaq


Hizbullah döyüşçülərinin qanını axıdanları əfv etməyəcəyik.

Axar.az xəbər verir ki, bunu Samir Kantarın öldürülməsinə münasibət bildirən Hizbullah lideri Həsən Nəsrullah söyləyib. Onun sözlərinə görə, bundan sonra hər yerdə İsrail əhalisinin sakitliyi pozulacaq:

“İsraili öz daxilində və xaricində ehtiyatlı olmağa səsləyirik. Hizbullahın hücumu hər yerdə olacaq. Bundan sonra qardaşlarımızın tökülən qanlarına görə səssiz qalmayacağıq”.

Qeyd edək ki, bir müddət öncə Hizbullah komandirlərindən biri Samir Kantar Dəməşq yaxınlığında qətlə yetirilib. Onun ölümünə səbəb İsrail Hərbi Hava Qüvvələrinin endirdiyi aviazərbələr olub.

Samir Kantar Hizbullahın indiyə qədər ən məşhur komandirlərindən hesab edilir. O, 1979-cu ildə özünün üç livanlı dostu ilə birgə İsrailin nəzarəti altında olan Naqariya şəhərindəki məhəllələrdən birinə hücum etməsi ilə şöhrət qazanıb. Hücum nəticəsində iki polis və iki azyaşlı körpə həlak olub. İsrail məhkəmələri sonradan Samirə beş il həbs cəzası versələr də, o, 30 il həbsxanada qalıb. 2008-ci ildə iki İsrail hərbçisinin cəsədi ilə dəyişdirilib. Bundan sonra isə Samir Kantar Hizbullah sıralarına qoşulub.

2015-ci ilin sentyabrında ABŞ Dövlət Departamenti Kantarı beynəlxalq terrorçu elan edib.

Mənbə: Axar.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *