ABŞ mətbuatı ukraynalıları təhqir etdi » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Dünya, Media, Foto

ABŞ mətbuatı ukraynalıları təhqir etdi – FOTO

ABŞ mətbuatı ukraynalıları təhqir etdi


ABŞ-ın "USA Today" qəzeti Ukraynanın Krımsız xəritəsini dərc edib.

ANS PRESS-in "Foreign Policy" jurnalına istinadən verdiyi məlumata görə, xəritə qəzetin fevralın 10-da olan sayında dərc edilib. Jurnalda məqaləyə belə bir cümlə ilə başlanıb: "Qərb Krımın Rusiyaya birləşdirilməsini tanımaqdan imtina etdiyi bir vaxtda dünyanın ən böyük qəzetlərindən biri bunu etdi".

Hələlik qəzetin nümayəndələri bununla bağlı heç bir açıqlama vermirlər. Buna görə də Ukraynanın xəritəsinin belə yayımlanmasının xüsusi qərar və ya səhv olduğu bilinmir. Bununla belə, qəzetin əsas rəqibləri olan "Wall Street Journal" və "New York Times" Krımı Ukraynanın tərkibində göstəriblər.

Qeyd edək ki, istər Amerika, istərsə də Avropa Birliyi ölkələri Krımda keçirilən referendumu tanımayıblar və Krımı hələ də Ukraynanın bir hissəsi olaraq qəbul edirlər.

ABŞ mətbuatı ukraynalıları təhqir etdi

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *