Türkiyə və Rusiya Dağlıq Qarabağ üzrə razılığa gəliblər » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Qarabağ, Dünya

Türkiyə və Rusiya Dağlıq Qarabağ üzrə razılığa gəliblər

Türkiyə və Rusiya Dağlıq Qarabağ üzrə razılığa gəliblər


Türkiyənin Baş naziri Binəli Yıldırımın Rusiya səfəri zamanı iki ölkə Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə səylərin artırılması barədə razılığa gəliblər.

AzNews.info xəbər verir ki, bu barədə Trend-ə Türkiyə-Rusiya parlamentlərarası Dostluq Qrupu rəhbəri Rəcai Bərbər deyib.

Onun sözlərinə görə, əvvəldən Dağlıq Qarabağ münaqişəsi təkcə Azərbaycanın deyil, həm də Türkiyənin problemidir.

“Əslində Ermənistan da bu problemin həllini istəyir, çünki Dağlıq Qarabağ münaqişəsi Ermənistanı xarici dünyadan təcrid edir, və bu da Ermənistanın iqtisadiyyatına güclü təsir göstərir. Bu problemin həlli, şübhəsiz, regionda sabitliyə və vətəndaşlarının rifahının yüksəlməsinə gətirib çıxaracaq”, - deyə Dostluq Qrupu rəhbəri bildirib.

Onun sözlərinə görə, Türkiyə, məsələn Gürcüstanla olduğu kimi, Ermənistanla da yaxşı münasibətlər qurmaq niyyətindədir, amma Ankara ilə Yerevan arasında yaxşı münasibətlər ermənilərin işğal etdikləri Azərbaycan ərazilərinin azad olunmasında sona mümkündür.

Mənbə: Trend
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *