“Ermənistana investisiyanın 70%-ini onlar qoyur...”
Son 25 il ərzində Ermənistana yatırılan investisiyaların 70%-i erməni diasporuna məxsus olub.
Axar.az xəbər verir ki, bunu Ermənistan Parlamentində çıxışı zamanı Diaspor naziri Qranuş Akopyan söyləyib. O, diasporun Ermənistana transfertlər, birbaşa investisiyalar və turizmə yatırımlarla yardım etdiyini bildirib:
“İndiyə qədər ölkəyə ən böyük investisiyanı Kirk Kirkoryan (amerikalı erməni milyarder – red.) yatırıb. İnvestisiyanın dəyəri 400 milyon dollardır. Ondan sonra argentinalı erməni milyarder Eduardo Ernekyan gəlir. O da təxminən 400 milyon dollarını ölkəyə yatırıb. Sonrakı yerləri isə Samvel Karapetyan, Ruben Vardanyan, Vardan Simakeş və digərləri tuturlar. Hər il Ermənistana diaspordan transfertlər şəklində 1,5-2,5 milyard dollar dəyərində gəlir daxil olur”.
Mənbə:> Axar.az