XİN bəzi səfirliklərin bağlanacağı barədə məlumatlara münasibət bildirib » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Sosial

XİN bəzi səfirliklərin bağlanacağı barədə məlumatlara münasibət bildirib

XİN bəzi səfirliklərin bağlanacağı barədə məlumatlara münasibət bildirib


“Qlobal maliyyə-iqtisadi böhranın fəsadlarını nəzərə alaraq, digər dövlət orqanları kimi Xarici İşlər Nazirliyi sistemində də büdcə vəsaitlərinə qənaət rejimi tətbiq edilir”.

Oxu.Az-ın xəbərinə görə, bu sözləri APA-nın sorğusuna cavabında XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

O bildirib ki, bu xüsusda, mövcud şəraitə uyğun olaraq Azərbaycanın xaricdəki diplomatik nümayəndəliklərinin işinin və kadr təminatının optimallaşdırılması və fəaliyyətinin səmərəliliyinin artırılması istiqamətində tədbirlər görülür: “Amma diplomatik nümayəndəliklərin bağlanması məsələsi gündəmdə deyil”.

Qeyd edək ki, 2017-ci il üzrə büdcə layihəsində XİN sisteminə 220 milyon vəsait ayrılıb. Milli Məclisdə büdcə müzakirələri zamanı bəzi millət vəkilləri bildirib ki, vəsaitin azalması nəticəsində gələn il Azərbaycanın xaricdəki bir neçə səfirliyi bağlana və ya birləşdirilə bilər.

Mənbə: Oxu.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *