“Amerikanın səsi”ni blok etmək mümkün olmayacaq » AzNews.info -Xəbər portalı

“Amerikanın səsi”ni blok etmək mümkün olmayacaq

“Amerikanın səsi”ni blok etmək mümkün olmayacaq


ABŞ-ın Beynəlxalq Yayım Bürosu (BBG) bu və ya digər dövlətlərdə senzuradan yan keçmək üçün proqram hazırlayır. İlkin olaraq bu ABŞ-ın hökumətyönümlü KİV-nin yayımı üçün nəzərdə tutulub. Bura Yaxın Şərq, Çin və Krımda “Amerikanın səsi” və “Azadlıq radiosu” daxildir. Bundan əlavə proqram istifadəçilərin personal məlumatlarını toplamağı da nəzərdə tutur.

Oxu.Az Life.ru-ya istinadən xəbər verir ki, Büro dövlət senzurasından yayınmaq üçün proqram tətbiq edir. Proqram internet istifadəçilərinin ABŞ hökumətinin yayım təşkilatlarına çıxışını təmin edəcək.

İlk olaraq bu proqramın Yaxın Şərq, İran, Somali, Asiya, Çin, Vyetnam, Birma, Özbəkistan, Türkmənistan, Qırğızıstan, Azərbaycan, Qazaxıstan, Tibet, Kuba, Ukrayna, Çexiya və Belarusiyada, eləcə də Krım ərazisində tətbiq etmək nəzərdə tutulur.

Bu proqram şəxsi internet-ünvan, proksi-server almaq imkanı yaradacaq, bu isə sosial şəbəkələr vasitəsi ilə digər istifadəçilərlə məlumatları bölüşməyə yardım edəcək.

Proqram veb-brauzerləri və plaginləri: Microsoft Internet Explorer, Mozilla Firefox, Apple Safari, Google Chrome, Adobe Flash Player və Microsoft Windows Media Player sərbəst və geniş müvafiqliyə malik olacaq. Yeni proqramə həmçinin Adobe Flash dəstəkləyəcək və onun mobil qurğularda istifadəsi mümkün olacaq.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *