Cəhənnəmdə silahlanma yarışı və “qır qazanına” yağ tökən... » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Hərbi, Sosial

Cəhənnəmdə silahlanma yarışı və “qır qazanına” yağ tökən...

Cəhənnəmdə silahlanma yarışı və “qır qazanına” yağ tökən...

Ballistik raketlər, döyüş vertolyotları, reaktiv yaylım atəşi sistemləri, hətta nüvə materiallarının qaçaqmalçılığı...

ABŞ-ın “The National İnterest” dərgisində yer alan məqalədə deyilir ki, bütün bunlar apreldə irimiqyaslı müharibə həddinə gəlib çıxmış Qarabağ münaqişəsinə görə münaqişədə olan Azərbaycanla Ermənistan arasında gedən ifrat silahlanma yarışının təzahürləridir. ABŞ-ın Corctaun Universitetinin münaqişələrin nizamlanması üzrə magistri Sebastian Roblin tərəfindən qələmə alınmış məqalədə göstərilir ki, təxminən Konnektikut və Nyu-Cersi ştatları böyüklüyündə olan bu iki ölkə arasında hökm sürən cəhənnəm alovuna yağ əlavə edən də var: Moskva hər iki tərəfə böyük miqdarda müasir silahlar verir.

Müəllif qeyd edir ki, 20 ildən çoxdur həllini tapmayan bu münaqişənin tərəfləri arasında kəskin demoqrafik fərqlər var. Ermənistan əhalisi cəmi 3 milyon nəfərə yaxındır, Azərbaycan əhalisi isə 10 milyona yaxınlaşır. Bundan əlavə Azərbaycanın öz neft sərvətləri sayəsində adambaşına düşən ÜDM həcmi Ermənistana nisbətən iki dəfə çoxdur. Azərbaycanın hərbi büdcəsi Ermənistanın bütün dövlət büdcəsini keçir. Deməli istənilən normal analiz Ermənistanın silahlanma baxımından əhəmiyyətli dərəcədə zəif olduğunu göstərməliydi. Əgər Rusiya olmasaydı...

Cəhənnəmdə silahlanma yarışı və “qır qazanına” yağ tökən...


Müəllif Rusiyanın Ermənistanla ənənəvi müttəfiqlik münasibətlərinə malik olduğunu, bu ölkə ərazisində 5 min hərbçinin yerləşdirildiyi hərbi baza saxladığını və İrəvana böyük həcmdə silahlar verdiyini xatırladır. Məqalədə qeyd olunur ki, bu ilin fevral ayında Rusiya 200 milyon dollar güzəştli kredit hesabına Ermənistana “Smerç” reaktiv yaylım atəşi sistemləri, TOS-1A ağır odsaçanları da daxil olmaqla bir sıra silahlar verəcəyini elan edib. Bundan əvvəl isə Rusiya Ermənistana 6 Mi-24P zərbə vertolyotu vermişdi. Habelə Rusiya Ermənistanla birgə havadan müdafiə sistemi yaradıb, indi isə bu ölkədə birgə qoşun qruplaşmasını formalaşdırmaq üzərində işləyir. Rusiya ilə hərbi alyans Ermənistana imkan verir ki, rus silahlarına güzəştli qiymətlərlə çıxış əldə etsin.

Bununla belə Azərbaycan özü də silahlarının 85 faizini Rusiyadan alır. Ruiya 2010-2014-cü illərdə Azərbaycana 4 milyard dollarlıq silah satıb. Bura T-90S tankları, “Smerç”lər, TOS-1A odsaçanları, qaubitsalar, zenit-raket sistemləri və s. daxildir. Müəllif aprel döyüşləri haqda da bəhs edərək xatırladır ki, Azərbaycan ordusu təmas xəttində iki istiqamətdən həmlə edərək 4 gün davam edən döyüşlərdən sonra müəyyən əraziləri geri qaytara bilib. İtkilərə baxmayaraq bu, münaqişənin dondurulmasından bu yana Azərbaycan ordusunun ən uğurlu əməliyyatı hesab olunur.

Cəhənnəmdə silahlanma yarışı və “qır qazanına” yağ tökən...


“Əksər müşahidəçilər hesab edir ki, əgər situasiya dəyişməsə iki ölkə döyüş əməliyyatlarının növbəti raundunu başladacaq. Çünki ABŞ və Rusiyanın vasitəçilik etdiyi danışıqlar nəticəsiz qalıb, bunun əvəzində tərəflər hərbi imkanlarını genişləndirirlər”-müəllif yazır.

Sebastian Roblinə görə Rusiyanın Ermənistana “İsgəndər” operativ-taktiki raketlərini verməsi silahlanma yarışında kulminasiya mərhələsini başladıb. Ermənistanda hesab edirlər ki, bu raketlər sayəsində Azərbaycanla hərbi tarazlığı bərpa edə biliblər. Prezident Sərkisyan deyib ki, raketlər Azərbaycanla hərbi tarazlığı bərpa etmək üçün lazım idi. Çünki Ermənistanın son illər durmadan müasir silahlar alan Azərbaycanla ayaqlaşmağa maliyyə imkanları yox idi.

Müəllif Ermənistanın “İsgəndər” raketləri əldə etməsi ilə yanaşı bu ölkə vətəndaşlarının adı qarışan nüvə qaçaqmalçılığı hallarının narahatlıq doğuracaq dərəcədə artdığını da qeyd edir. Belə ki, Ermənistanda bəzi siyasi və hərbi xadimlər Azərbaycana qarşı “nüvə bombası”, yaxud “çirkli bomba” tətbiq oluna biləcəyi haqda bəyanatlar səsləndirirlər.

Cəhənnəmdə silahlanma yarışı və “qır qazanına” yağ tökən...

Müəllifə görə Rusiyanın tərəflərə verdiyi ən dəhşətli silahlardan biri də “Smerç” sistemlədiri. Ermənistana 6 belə sistem verildiyi məlumdur, Azərbaycanda isə “Smerç”lərin sayı bundan dəfələrlə çoxdur.

Ermənistan silahları Rusiyadan güzəştli qiymətə alsa da Azərbaycanın başqa mənbələrdən, xüsusən İsraildən də silahlar aldığı məlumdur. Məqalədə Azərbaycanın İsraildən pilotsuz döyüş sistemləri də daxil olmaqla bir sıra müasir silah sistemləri əldə etdiyini xatırladır.

“Moskva iddia edir ki, regionda stabilliyi saxlamaq üçün tərəflər arasında hərbi paritet yaradır. Yaxud Rusiyada daha açıq danışaraq deyirlər ki, əgər tərəflərə silah verməsəydilər onlar silahları başqa ölkələrdən alacaqdı. Lakin Moskvanın daha uzaqgedən məqsədləri var: münaqişə tərəflərini özündən asılı vəziyyətdə saxlamaq və bununla da regionda təsir rıçaqlarını qorumaq”-müəllif yazır.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *