Əlaqələrin bərpası: – Putin Vyetnama səfər edəcək
Bu gün Perunun paytaxtı Lima şəhərində işinə başlamış Asiya və Sakit okean hövzəsi ölkələrinin iqtisadi şurasının sammiti çərçivəsində Rusiya prezidenti Vladimir Putinlə Vyetnam prezidenti Çan Day Kuanq arasında görüş keçirilib.
Virtualaz.org “RİA Novosti”yə istinadən xəbər verir ki, görüşdə iki ölkənin liderləri qarşılıqlı rəsmi səfərlər barədə razılığa gəlib.
Putin Vyetnamla Avrasiya İqtisadi Birliyi arasında azad ticarət zonasının yaradılmasının vacibliyini qeyd edib və bildirib ki, bütün dünyada davam edən iqtisadi böhrana baxmayaraq, Rusiya ilə Vyetnam arasında ticarət dövriyyəsi bu il 5% yüksəlib.
Vyetnam prezidenti isə, öz növbəsində, ənənəvi mehriban münasibətlərin və keçmiş əlaqələrin bərpasının sürətlənməsindən məmnun olduğunu deyib.
Mənbə:> Virtualaz.org