Moldovanın İstanbuldakı baş konsulu həbs edilib
Kişinyov məhkəməsinin qərarı ilə Moldovanın İstanbuldakı baş konsulu Vyaçeslav Filip 30 gün müddətinə həbs edilib. Virtualaz.org xəbər verir ki, bu məlumatı Moldova Baş prokurorluğunun mətbuat katibi Mariya Vieru verib.
“Məhkəmə prokurorların vəsatətini təmin edib və Moldovanın İstanbuldakı baş konsulunu 30 gün müddətinə həbs edib”, - “RİA Novosti” məlumat verir.
Moldovanın İstanbuldakı baş konsulu Kişinyov gava limanında saxlanılıb və rüşvət almaqda ittiham edilir.
Mənbə:> Virtualaz.org