Bayden Klintonun administrasiyasında işləməkdən imtina etdi » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Dünya

Bayden Klintonun administrasiyasında işləməkdən imtina etdi

Bayden Klintonun administrasiyasında işləməkdən imtina etdi


ABŞ-ın vitse-prezidenti Cosef Bayden bəyan edib ki, Hillari Klintonun prezident seçkilərində qələbə qazandığı təqdirdə onun administrasiyasında vəzifə tutmaqda maraqlı deyil.

Oxu.Az xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.

“Mən ona seçkilərdən sonra yardım etmək üçün mümkün olan hər şeyi edəcəm, amma administrasiyada qalmaq istəmirəm”, - Bayden qeyd edib.

Daha öncə “Politico” mənbəyə istinadən Baydenin ABŞ-ın dövlət katibi postuna namizədlərin siyahısına başçılıq etdiyi barədə məlumat yaymışdı.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *