“Petux”un quyruğu – VİDEO
Bu həftə iki prezidentin çıxışı ilə yadımızda qaldı. Döyüşən ölkələrin prezidentlərinin çıxışı ilə. Hər iki prezident öz çıxışında yəqin öz gücünü və qüdrətini, siyasi düşüncəsinin miqyasını nümayiş etdirmək istəyirdi. Və bu onlarda alındı. Əvvəlcə Ermənistan prezidenti Sarkisyan barədə. O, prezident postunda özünün bəlkə də indiyədək ən kəskin çıxışını etdi. Hətta o dərəcədə kəskin ki, məlumatsız adam onun doğrudan da Azərbaycanla müharibəyə başlayacağını düşünə bilərdi.
Özü də bu çıxış Müdafiə Nazirliyinin kollegiyasının iclasında olub. Əsgər və zabitlərin hüzurunda. Sarkisyanın nitqində kifayət qədər sərt təhdidlər və hədə-qorxular var.
“Son zamanlara qədər bizim cavab addımlarımız forma etibarı ilə simmetrik, yəni mütənasib, daha çox itkiyə məruz qoyulmasına görə isə qeyri-mütənasib idi. Bundan sonra cavab addımlarımız forma etibari ilə də asimmetrik, yəni tərs mütənasib olacaq. Qızmış beyinlər çoxlu sürpriz gözləməlidirlər”.
Bu sözləri Sarkisyan Gümrü hadisələrindən bir az sonra deyir və öz əskər zabitlərinin kollegiya iclasında. Bu çıxışla tanış olanda əvvəlcə heyrətləndim. Doğrudan da Ermənistan prezidentinin nitqindəki belə tona mən heç vaxt rast gəlməmişdim.
“Bundan əlavə, əgər bizim sərhədlərimiz və təmas xəttində təhlükə yarada biləcək çoxlu qüvvə toplaşsa, biz preventiv zərbələr endirmək hüququnu özümüzdə saxlayırıq. Biz bizə bəla hazırlayanlara qarşı amansız olmalayıq”.
Bu çıxış ənənəvi ermənivarilikdən çox uzaq idi. Sarkisyan əməlli-başlı meydan oxuyur.
“Təkrar edirəm, düşmən tərəfinin avanturizmi bizi ödənilə bilməyəcək zərər vurmaq yolu ilə getməyə məcbur edəcək. Ayıq başla düşünə bilməyən düşməni biz sülhə məcbur etməliyik və mütləq bunu edəcəyik”.
Doğrudanmı Sarkisyan müharibəyə başlamaq istəyir. Mənə çox qəribə gəldi. Bir az da düşündüm. Və qəflətən barmağımı dişlədim. Deyəsən axı burda bir iş var. Axı fevralda Sofiyada Avropanın energetika nazirləri toplaşacaqlar və bu mötəbər yığıncaqdan sonra “Cənub qaz dəhlizi”nin Birinci Məşvərət Şurası mühüm qərarlar qəbul etmək üçün Bakıya gələcək.
Rus demişkən “Petux”un quyruğu göründü… Deməli bu bəyanat konkret hədəfə yönəlib və məqsəd də qonaq-qaranı qorxutmaq və ev sahibini də bir az əndişələndirməkdir. Sarkisyanın preventiv zərbə endirmək üçün qolaylanması, tolazlanması bu fonda artıq başqa cür görünür. Amma indi bir sual da var da. Bu doğrudan Sarkisyanın fikridir, yoxsa onu kimsə barmağına taxıb ora bura fırlayır. Əgər bu belədirsə, yəni Sarkisyana barmaq edən varsa onda gəlin Merkelə bir də qulaq asaq…
Almaniya Kansleri: "Rusiya və Ermənistan bu münaqişə ilə əlaqədar müəyyən amilləri birgə həyata keçirirlər”.
Bəlkə Merkel bizim bilmədiyimiz nələrisə bilirdi? Elə İlham Əliyev də Ermənistanın havadarlarını bu yaxınlarda xatırlatmışdı:
"Ermənistan aciz durumda olan, gücsüz, dilənçi bir ölkədir. Əlbəttə, əgər onun müxtəlif paytaxtlarda böyük havadarları olmasaydı, Dağlıq Qarabağ münaqişəsi çoxdan ədalətli şəkildə öz həllini tapa bilərdi”.
Yeri gəlmişkən, Sarkisyanın dilindəki bir ifadə elə Rusiya Prezidentinin 2008-ci ildəki söz baqajından çırpışdırılıb: “Sülhə məcbur etmə!”. O zaman Rusiya Gürcüstana hərbi müdaxiləsini adını belə qoymuşdu. Gürcüstanı sülhə məcbur etmək məqsədilə aparılan əməliyyat. Təsadüfdürsə çox Qəribə təsadüfdü… Xülasə, qərblə oxşarlıqları yadda saxlamaqla təsəvvür edək ki, Sarkisyanın hədə və təhdidləri özünəməxsusdur. Nə qədər inandırıcı olmasa da. Onda belə çıxır ki, prezident Gümrü gülləbaranından sonra başlanan və getdikcə güclənən etiraz fırtınasının qarşısına bu yolla çıxır. Çünki, Rusiya hərbçisinin aldığı qisas yeni qisas aktları doğurub, bu qanlı hadisədən sonra ermənilər və ruslar arasında kütləvi dava oldu. Bu yaxınlarda isə Abxaziyada Suxumi rayonunun Haçadərə kəndində rusiyalı hərbçilər 8 erməni aliləsinə hücum çəkərək onları amansızlıqla döydülər. Ardı var və davam edəcək.
Çünki arı yuvasına barmaq uzadılıb. Daha doğrusu ayı yuvasına. Rusiyalı hərbçilər bu kəndə hərbi texnika və “UAZ” markalı maşınlarda daxil olublar. Camaatın pul və zinət əşyalarını, bir ailənin isə naringin yüklü maşınını aparıblar. Qəsəbə sakinləri arasında 76 yaşlı erməni qadını xəstəxanaya düşüb. Gümru hadisələri zamanı Ermənistanda olduğu kimi bu dəfə də Abxaziya polisi sübut edib ki, günahkarları tutmaq müstəqilliyində deyillər, onlar günahkarların işlərini yalnız Rusiya Müdafiə Nazirliyinə verə bilərlər və sözüm isə onda deyil. Sarkisyan Azərbaycanı ona görə hədə ağzına alıb ki, Ermənistanda vəziyyət gərgindir, o da camaatın başını belə-belə şeylərlə qatır. Yox əgər belə də deyilsə, Serj həqiqətən də vuruşmaq iddiasına düşübsə, Ermənistan bütün varlığı ilə bütün yoxluğunun, yəni erməni soyquramasının 100 illiyini, daha az erməni ilə qeyd edəcək. Çünki biz yaxşı bilirik ki, Sarkisyan hansı massaba qulluq edir. Bu massab yolunda o bütün erməni xalqını belə qırğına verməyə hazırdır. Ona görə də ayıq olmalı, ehtiyatı əldən verməməliyik. Yeri gəlmişkən, Sarkisyanın çıxışından bir neçə gün sonra Azərbaycan hərbçiləri igidin yaraşığı olan ehtiyatla Ermənistanın pilotsuz hərbi aparatını vurub yerə saldı. Görünür, bəzən göylə gedənləri yerə salmağın başqa yolu olmur.
Mənbə:> ANSPRESS